İçeriğe geçmek için "Enter"a basın

Livanın sabiq Baş naziri: 'Qloballaşmanın mənfi təsirlərini bəri başdan görməliyik'

14-03-2019

[r32]

14 Mart, 2019  20:54 xeber – VII Bakı Qlobal Forumu çərçivəsində “Qloballaşmanın sonumu?” adlı panel çərçivəsində müzakirələr keçirilib.

“Report” xəbər verir ki, paneldəki nitqi zamanı Livanın sabiq Baş naziri Fuad Siniora qloballaşmanın hər cür sədləri aşdığını qeyd edib.

Biz qloballaşmanın mənfi təsirlərini bəri başdan görməliyik. Qloballaşma dünya əhalisinin təkcə varlı hissəsinə xidmət edəcəksə, böyük təhlükələrlə üzləşərik. Qloballaşmanın dünyada daha çox inkişaf gətirəcəyinə ümidvaram”, – o bildirib.

Avropa İrqçilik Əleyhdarı Şəhərlər Koalisiyasının prezidenti Benedetto Zakirolli bu gün dünyada baş verən böhranların məhz qloballaşmanın fəsadları olduğunu dilə gətirib: “İnsanları qorxudan qloballaşmanın özü yox, kimliklərinin əriyib getməsi təhlükəsidir. Qloballaşma informasiyanı daha rahat ötürmək imkanı yaratsa da, əslində bunun əksi baş verir. Qloballaşma insanların hüquq bərabərliyinə, inkişafına gətirib çıxarmalıdır”.

Mauritius Respublikasının eks-prezidenti Əminə Qürib Fəkim isə bu gün dünyada qloballaşmadan çox regionallaşma proseslərinin gözə dəydiyini irəli sürüb.

mənbə :
Report.az

Livanin sabiq Bas naziri: ‘Qloballasmanin menfi tesirlerini beri basdan gormeliyik’