İçeriğe geçmek için "Enter"a basın

Təyyarədə dava salan sərnişin azərbaycanlı deyilmiş

12-03-2019

Onu ictimai yerdə sərxoş vəziyyətdə olduğuna görə 15 gün azadlıqdan məhrum etmə cəzası gözləyir [r32]
2019-03-12T21:35 xeber – Orenburqdan Moskvaya gedən təyyarədə dava salan sərnişin biletinin pulu ödənildikdən sonra təyyarəni tərk etməyə razı olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə 37 yaşlı sənişin məcburi şəkildə təyyarədən çıxarılıb. Daha sonra isə onu haqqında polisi təhqir etdiyinə görə cinayət işi açılıb.

Nəzarətçilərdən biri sərxoş sərnişinlə olan söhbəti videoya çəkib. Xatırladaq ki, martın 11-də baş verib. Erməni əsilli vətəndaş sərxoş olub və bələdçinin özünü sakit aparma barədə xəbərdarlığı ona pis təsir edib. Danışıqlar sərxoş sərnişinə təsir etmədiyi üçün, onu məcburi şəkildə təyyarədən düşürmək qərarı verilib.

Sərnişin isə sakit qalmayıb. “Əlini çək deyirəm. Mən heç yerə çıxmayacağam. Mənim pulumu ver. Siz kimsiniz ki, mən çıxım. Mən 18 min ödəmişəm. Pulumu verin. Mənim pulumu ver, çıxım”, – deyə o bildirib.

Sərxoş sərnişin təyyarədən məcburi şəkildə çıxarılıb. Məcburi təxliyə zamanı o hakimiyyət nümayəndələrini təhqir etməyə də imkan tapıb. Bununla yanaşı, onu ictimai yerdə sərxoş vəziyyətdə olduğuna görə 15 gün azadlıqdan məhrum etmə cəzası gözləyir.


mənbə :
Sputnik

Teyyarede dava salan sernisin azerbaycanli deyilmis