İçeriğe geçmek için "Enter"a basın

Gəncədə maşının vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

12-03-2019

[r32]

12 Mart, 2019  00:27 xeber – Gəncə şəhərində “Mercedes” markalı avtomobil tərəfindən vurularaq ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

“Report”un Qərb bürosu xəbər verir ki, bu, 1952-ci il təvəllüdlü Əli Məmmədovdur.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən marketlərdən birinin önündə baş verib.

***11 Mart/22:59

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 55-60 yaşlı kişini avtomobil vurub.

Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Salyanda iki qadını motosiklet vurub.
hadise/salyanda-motosiklet-piyada-qadinlari-vurub/”>vurub.
mənbə :
Report.az

Gencede masinin vuraraq oldurduyu piyadanin sexsiyyeti melum olub – YENİLENİB