İçeriğe geçmek için "Enter"a basın

Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkilir

06-03-2019

[r32]

6 Mart, 2019  21:05 xeber – ABŞ-ın “Netflix” kinoşirkəti məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək hüququnu əldə edib.“Report” RT-yə istinadən xəbər verir ki, icraçı prodüser olaraq yazıçının oğlanları – Rodriqo və Qonsalonun iştirak etdikləri layihə roman əsasında serial yaradılmasını nəzərdə tutur. Çəkilişlərin əsas hissəsi yazıçının vətəni Kolumbiyada aparılacaq.1927-ci ilin martın 6-da doğulan mərhum yazıçının ən məşhur əsərlərindən olan “Yüz ilin tənhalığı” romanı ilk dəfə 1967-ci ildə 8 min tirajla işıq üzü görüb. Daha sonra 46 dildə 50 milyon nüsxə ilə nəşr edilib.
mənbə :
Report.az

Qabriel Qarsiya Markesin “Yuz ilin tenhaligi” romani esasinda film cekilir