İçeriğe geçmek için "Enter"a basın

Sabirabadda “Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimi keçirilib

04-03-2019

[r32]

4 Mart, 2019  20:51 xeber – Sabirabad rayonunun Axısxa kəndində yaradılmış “Axısxalılar Toxum İstehsal Kooperativi”nin təqdimat mərasimi keçirilib.Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, mərasimdə kənd təsərrüfatı naziri İnam Kərimov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və kooperativin üzvləri iştirak ediblər.Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında bildirib ki, ölkədə kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması zərurətə çevrilib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatında fəaliyyət effektivliyi yüksəldilir, məşğulluq artır. Qarşımızda duran əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Bu hədəfə çatmaq üçün mövcud su və torpaq resurslarından səmərəli istifadə etmək lazımdır. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir, fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir. Siz kooperativə iri investisiya layihələri cəlb edə, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəksiniz”.Nazir bildirib ki, kooperativ yaratmaq könüllü işdir: “Biz belə təşəbbüsləri daim dəstəkləmişik. Nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Bu, Sabirabad rayonunda yaradılmış sayca ikinci, lakin ölkədə ilk ixtisaslaşmış kooperativdir. Məndə olan məlumata görə, kooperativin sərəncamında 730 hektar ərazi var. Yeni birlik öz sıralarında 231 ailədən 746 nəfəri birləşdirir. Məni də bu kooperativin 747-ci üzvü saya bilərsiniz”.Tədbirdə çıxış edən “Axısxalılar Toxum İstehsal Kooperativi”nin sədri Araz Kindiyev, Axısxa kənd ağsaqqalı Hətəmşah Məcidov, rayonun qabaqcıl fermerlərindən İxtiyar Mehdiyev kooperativin yaradılma məqsədi, görüləcək işlər barədə danışıblar. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri “Axısxalılar Toxum İstehsal Kooperativi” haqqında təqdimat keçirib. O bildirib ki, 1996-cı ildə aparılmış torpaq islahatı nəticəsində Axısxa kənd sakinlərinə 1084 ha pay torpağı verilib. Kəndin 231 ailəsi öz pay torpaqlarını birləşdirərək “Axısxalılar Toxum İstehsal Kooperativi” təsis ediblər. 730 hektar ərazidə fəaliyyət göstərəcək kooperativ toxum istehsalı üzrə ixtisaslaşacaq. Təqdimat mərasimindən sonra kooperativ üzvləri ilə ictimai müzakirələr olub, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. 

mənbə :
Report.az

Sabirabadda “Axisxalilar Toxum İstehsal Kooperativi”nin teqdimat merasimi kecirilib