İçeriğe geçmek için "Enter"a basın

Premyer Liqa: 'Zirə'-'Qəbələ' oyununda qalib müəyyənləşməyib

03-03-2019

[r32]

3 Mart, 2019  16:50 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. “Report”un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə “Qəbələ” üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.57-ci dəqiqədə “Qəbələ”nin kapitanı Cavid Hüseynovun zərbəsindən sonra top “Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadəyə dəyərək qapıdan keçib. 87-ci dəqiqədə isə İsmael Fofana cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib. Bu nəticədən sonra komandaların mövqelərində dəyişiklik baş verməyib. “Qəbələ” 25 xalla 4-cü, “Zirə” 18 xalla 6-cı pillədə qalıb. Qeyd edək ki, ilk oyun günündə “Səbail” “Sumqayıt”la qolsuz heç-heçə etdiyi halda, “Neftçi” “Sabah”ı darmadağın edib – 3:0. Tura bu gün saat 17:30-da başlanacaq “Keşlə” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

mənbə :
Report.az

Premyer Liqa: ‘Zire’-‘Qebele’ oyununda qalib mueyyenlesmeyib