İçeriğe geçmek için "Enter"a basın

Maaş artımı dövlət qulluqçusu olmayan işçilərə də çatdı

03-03-2019

Xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. aylıq vəzifə maaşları artırılıb [r32]
2019-03-03T15:24 xeber – xəbər verir ki, dəyişikliyə görə, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, 2019-cu il martın 1-dən sözügedən şəxslərin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilib:
1. Ali kateqoriya dövlət orqanlarında – 220 manat
2. 1-ci kateqoriya dövlət orqanlarında – 210 manat
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında –200 manat
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 180 manat

mənbə :
Sputnik

Maas artimi dovlet qulluqcusu olmayan iscilere de catdi