İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan idmançıları yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda 3 medal qazanıb

03-03-2019

[r32]

3 Mart, 2019  14:40 xeber – Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.”Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.

mənbə :
Report.az

Azerbaycan idmancilari yeniyetmeler arasinda cudo uzre Avropa kubokunda 3 medal qazanib