İçeriğe geçmek için "Enter"a basın

Mehriban Əliyeva Salome Zurabişvili ilə görüşüb

27-02-2019

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb [r32]
2019-02-27T20:46 xeber – Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


mənbə :
Sputnik

Mehriban Eliyeva Salome Zurabisvili ile gorusub