İçeriğe geçmek için "Enter"a basın

Prezident əmək pensiyaları ilə bağlı vacib sənədi imzaladı

27-02-2019

Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.</p [r32]
2019-02-27T18:58 xeber – /strong
mənbə :
Sputnik

Prezident emek pensiyalari ile bagli vacib senedi imzaladi