İçeriğe geçmek için "Enter"a basın

ABŞ-ın hərbi təyyarəsi Rusiyanın hava məkanını pozub

24-02-2019

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Qara dənizin Rusiya sahillərində kəşfiyyat aparıb. ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsi Qara dənizin Rusiya sahillərində kəşfiyyat aparıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə PlaneRadar monitorinq resursu məlumat verib.

168764 nömrəli Boeing P-8A Poseidon sualtı patrul təyyarəsi fevralın 23-də İtaliyadakı Sigonella aviabazasından uçub və Moskva vaxtı ilə saat 14:10-da Bolqarıstanın hava məkanında görünüb.

Sonra Qara dəniz akvatoriyasında kəşfiyyat uçuşu edən hava gəmisi saat 19:05-də mənsub olduğu hava limanına istiqamət götürüb.

Son zamanlar xarici ölkələrə, o cümlədən ABŞ-a məxsus kəşfiyyat təyyarələri Rusiya sərhədlərində tez-tez peyda olurlar.

Belə ki, ötən həftənin sonlarında Krım yarımadası yaxınlığında ABŞ HHQ-yə məxsus iki hava gəmisi- RC-135V radiokəşfiyyatçısı və RQ-4B-30 Global Hawk pilotsuz təyyarəsi müşahidə edilib. Bununla yanaşı, Kalininqrad vilayətində İsveç HHQ-yə məxsus GIV S radioelektron kəşfiyyat təyyarəsi qeydə alınıb.</p [r32]
2019-02-24T12:09 xeber – /strong
mənbə :
Sputnik

ABS-in herbi teyyaresi Rusiyanin hava mekanini pozub