İçeriğe geçmek için "Enter"a basın

Səudiyyə Ərəbistanının tarixində daha bir ilk gerçəkləşir

24-02-2019

Şahzadə Rima bint Bandar bin Sultan bin Əbdüləziz Al Səud Krallığın Amerika Birləşmiş Ştatlarındakı səfiri təyin olunub Səudiyyə Ərəbistanının tarixində ilk dəfə olaraq qadın yüksək diplomatik vəzifəyə təyin olunub.

AZƏRTAC xəbər verir ki, şahzadə Rima bint Bandar bin Sultan bin Əbdüləziz Al Səud Krallığın Amerika Birləşmiş Ştatlarındakı səfiri təyin olunub.

Səudiyyə Ərəbistanının Kralı adından çıxış edən vəliəhd şahzadə və Baş nazirin birinci müavini Məhəmməd bin Salman Al Səudun imzaladığı fərmana əsasən şahzadə Rimaya, həmçinin nazir rütbəsi verilir.

Bununla yanaşı, daha bir fərmanla vəliəhd şahzadə Məhəmməd bin Salman kiçik qardaşı şahzadə Xalidi nazir rütbəsində müdafiə nazirinin müavini təyin edib.</p [r32]
2019-02-24T09:04 xeber – /strong
mənbə :
Sputnik

Seudiyye Erebistaninin tarixinde daha bir ilk gerceklesir