Onun internet mağazası 2019-cu ildə ən bahalı şirkətlər siyahısında 4-cü yerdə qərarlaşıb “Wildberries” internet mağazasının sahibi və təsisçisi Tatyana Bakalçuk Rusiyanın ikinci milyarder qadını olub.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb. Bakalçukun sərvəti 1 milyard dollardır. Ötən il Bakalçuk 600 milyon dollarlıq sərvəti ilə Rusiyanın varlıları siyahısına düşmüşdü. Onun internet mağazası 2019-cu ildə ən bahalı şirkətlər siyahısında 4-cü yerdə qərarlaşmışdı.
“Forbes”in dollar milyarderi adlandırdığı ilk qadın isə Yelena Baturina olub. 2018-ci ildə onun sərvəti 1,2 milyard dollar olub.</p [r32]
2019-02-21T20:48 xeber – /strong
mənbə :
Sputnik