İçeriğe geçmek için "Enter"a basın

Ermənistanda ata və qızı hökumət binasında özünü yandırmağa cəhd edib

20-02-2019

54 yaşlı Gümrü şəhər sakini Arutyun P-nın müəyyən problemləri olub [r32]
2019-02-20T19:00 xeber – Yerevanda kişi qızı ilə birlikdə özlərini yandırmaq üçün hökumət binasına girməyə cəhd edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildiriblər.

Lakin polis əməkdaşları onları görüb və danışıqlardan sonra ata və qızını özlərini yandırmaqdan çəkindirə bilib. Daha sonra həmin şəxs polis bölməsinə aparılıb.

Məlumata əsasən, 54 yaşlı Gümrü şəhər sakini Arutyun P-nın müəyyən problemləri olub və o bu addımı ilə hökumətin diqqətini cəlb etmək istəyib. Hazırda özünü yandırma faktı ilə bağlı araşdırma aparılır.


mənbə :
Sputnik

Ermenistanda ata ve qizi hokumet binasinda ozunu yandirmaga cehd edib