İçeriğe geçmek için "Enter"a basın

Nazirlik ağacların qol-budağının kəsilməsinə münasibət bildirdi

20-02-2019

Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz [r32]
2019-02-20T18:15 xeber – Paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq, budanma vaxtında və düzgün aparılırmı sualını yaradır.

Bununla bağlı mütəxəssis rəyinin alınmasına, tövsiyələrin verilməsinə zərurət yarandığı üçün ETSN-ın mütəxəssisi Rəhim İbrahimov Sputnik Azərbaycan-ın suallarına cavab verib.

O bildirib ki, indiki vaxtda budanma aparılması budanmanın aparılması düzgündür. Ağaclarda vegetasiya dövrü başa çatdıqdan (yarpaqlar saralıb töküləndən) sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşaratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir.

Rəhim İbrahimovun sözlərinə görə, budanma zamanı ağac növünə görə fərq qoyulmalıdır. Belə ki,meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşaratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır.

“Ağaclarda vegetasiya dövrü, yəni cücərti başlanıbsa, budanma işini aparmaq olmaz. Ancaq sınmış budaqlar kəsilib götürülməli və həmin hissəyə ağac boyası sürtülməlidir”– deyə o əlavə edib.


mənbə :
Sputnik

Nazirlik agaclarin qol-budaginin kesilmesine munasibet bildirdi