Xətaidə 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb Bakıda 8 yaşlı qız 18 yaşlı qardaşını bıçaqla yaralayıb. Bu xoşagəlməz insident fevralın 17-də gecə saatlarında Xətai rayonunda baş verib.
Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İnqilab İsmayılov küçəsində yerləşən evdə gecə saat 01:30 radələrində 8 yaşlı qız 18 yaşlı böyük qardaşının qarın nahiyəsinə bıçaq zərbələri endirib. Gənc ağır vəziyyətdə “Azərsutikinti” şəhər xəstəxanasına çatdırılıb.
Valideynləri bildiriblər ki, qız qardaşını istəmədən, ehtiyatsızlıq ucbatından bıçaqlayıb. Hazırda Xətai RPŞ-nın 35 nömrəli polis bölməsinin əməkdaşları cinayətin baş vermə şəraitini araşdırır.
Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, sağlamlığa qəsdən zərər vurmaya görə cinayət məsuliyyəti 14 yaşdan başlayır.</p [r32]
2019-02-19T20:23 xeber – /strong
mənbə :
Sputnik