İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda investisiya təşviqi sənədi alan sahibkarlar ölkə iqtisadiyyatına 3 mlrd. manat pul cəlb edib

18-02-2019

[r32]

18 Fevral, 2019  11:44 xeber – Bu günə qədər Azərbaycanda sahibkarlara 345 investisiya təşviqi sənədi verilib.“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” adlı forumda çıxış edərkən məlumat verib. Onun sözlərinə görə, bu çərçivədə ölkə iqtisadiyyatına 3 mlrd. manat investisiya qoyulub və 22 min yeni iş yeri yaradılıb. “2018-ci ildə özəl sektor ümumi daxili məhsulda 84% paya malik olub, əhalinin məşğulluğunun 76%-ni təmin edib”, – deyə nazir əlavə edib. 

mənbə :
Report.az

Azerbaycanda investisiya tesviqi senedi alan sahibkarlar olke iqtisadiyyatina 3 mlrd. manat pul celb edib