İçeriğe geçmek için "Enter"a basın

Sabirabadda faciə - Kişi armaturların altında qaldı

17-02-2019

Nəticədə müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi xəstəxanaya çatmamış dünyasını dəyişib Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, rayonun Muğan Gəncəli kəndində 1981-ci il təvəllüdlü kənd sakini Mirzəyev İlqar Əlizadə oğlu özünə məxsus mağazada təmir işləri zamanı üzərinə armatur parçaları düşüb.

Nəticədə müxtəlif dərəcəli xəsarətləri alan mağaza sahibi Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Lakin İ.Mirzəyev xəstəxanaya çatmamış dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.</p [r32]
2019-02-17T20:16 xeber – /strong
mənbə :
Sputnik

Sabirabadda facie – Kisi armaturlarin altinda qaldi