İçeriğe geçmek için "Enter"a basın

Ramzan Kadırov Azərbaycan və azərbaycanlılar barədə

17-02-2019

“Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var” [r32]
2019-02-17T17:12 xeber – Heç bir təxribat və münasibətlərin aydınlaşdırılması Çeçenistanla Azərbaycan arasındakı qardaş münasibətləri poza bilməz”.

“Çeçnyatoday.com” saytının məlumatına görə, belə bir bəyanatla Rusiya Federasiyasının Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edib.

O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq istəyən müəyyən kriminal qüvvələr var.

Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.

Xatırladaq ki, fevralın 14-də Moskvada kafelərin birində çeçenlərlə azərbaycanlılar arasında insident olub. Polis davada iştirak edən 18 nəfəri saxlayıb

Bu arada Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İnistagram hesabında tanınmış azərbaycanlı blogger Hüseyn Həsənovla fotosunu paylaşıb. Teleqraf.com-un xəbərinə görə, çeçen və azərbaycanlılar arasında Moskvada baş verən insidentdən sonra Kadırovun bu fotonu paylaşması heç də təsadüfi deyil və o, bununla azərbaycanlılarla çeçenlərin xoş münasibətdə olduğunu nümayiş etdirmək istəyib.

“Mən çeçen və Azərbaycan xalqlarını təxribatlara uymamağa və iki qardaş xalq arasında nifaq toxumları səpməyə imkan verməməyə çağırıram”. Bunu isə özünün “Facebook” sэhifəsində canlı yayımda Çeçenistan İçkeriya Respublikasının keçmiş rabitə naziri və müxalifət liderlərindən biri Səid Emin İbrahimov bildirib.

Məşhur çeçen ictimai xadimin sözlərinə görə, azərbaycanlılarla çeçenləri çəkmək istədikləri təxribat cidd-cəhdlə hazırlanıb.

Biz bu cür təxribatlara uymamalıyıq. Mən Azərbaycan xalqını çox sevirəm. Müharibə vaxtı taleyin hökmü ilə Azərbaycanda idim. Biz azərbaycanlıların çeçenləri necə qarşıladığını və bizə görə necə həyəcan keçirdiklərini görürdük. Çeçenlər çox alicənab xalqdır və xeyirxahlığı unutmurlar”, – İbrahimov deyib.
Səid Emin İbrahimov əlavə edib ki, ilk dəfə döyülmüş çeçenin videosunu görən zaman bərk həyəcanlanıb və qisas hissi onu boğub. Lakin sağlam düşüncəli insan anlamalıdır ki, bu, xalqlar arasında nifaq yaratmaq məqsədi güdən təxribatdır.

“Heç kimin insanları millliyyətinə görə təhqir etməyə ixtiyarı yoxdur”, – o qeyd edib.

mənbə :
Sputnik

Çeçenistan rehberi Ramzan Kadirov Azerbaycan ve azerbaycanlilar barede