İçeriğe geçmek için "Enter"a basın

Bakıya getdiyi deyilən Ağcabədi sakini itkin düşüb

13-02-2019

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanıb Ağcabədi sakini olan 58 yaşlı kişi itkin düşüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-də Ağcabədi rayonu, Boyat kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Qurbanlı Bəhram Qurban oğlu Bakı şəhərinə getdiyini deyərək yaşadığı ünvandan çıxıb. O zamandan həmin şəxs barəsində heç bir məlumat yoxdur.

Hadisə ilə bağlı Ağcabədi rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

2]
2019-02-13T23:49 xeber – /strong
mənbə :
Sputnik

Bakiya getdiyi deyilen Agcabedi sakini itkin dusub