Qazaxda əsaslı təmir olunan məktəb, qapılarını şagird və müəllimlərin üzünə açıb [r32]
2019-02-04T21:05 xeber – Qazaxda Xalq şairi Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. 1965-ci ildə inşa olunan məktəb binasının təmir-bərpa işlərinə Təhsil Nazirliyi tərəfindən 2018-ci ilin aprel ayında başlanıb. 77 müəllimin çalışdığı, 642 şagirdin təhsil aldığı 924 yerlik üçmərtəbəli binada 38 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana, akt və idman zalları yaradılıb, qazanxana sistemi istifadəyə verilib. Məktəb lazım olan inventar və avadanlıqlarla tam təmin olunub.
Qeyd edək ki, Qazaxda ötən il Daş Salahlı, 1 saylı Xanlıqlar və Ağköynək tam orta məktəbləri cari təmir edilib, Abbasbəyli kəndində modul tipli məktəb inşa olunub. Bu il Kosalar və 2-cı Şıxlı kənd tam orta məktəblərinin mövcud binasının əsaslı təmiri, Dəmirçilər kəndində isə yeni məktəb binasının inşası nəzərdə tutulub. Rayonda ümumilikdə 34 tam, 6 ümumi və 6 ibtidai olmaqla 46 təhsil müəssisəsi fəaliyyət göstərir
mənbə :
Sputnik
Bundan sonra şagirdlərə yalnız əla oxumaq qalır
04-02-2019
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib