[r32] 
                31 Yanvar, 2019  22:28 xeber –   Fransada Almaniya və Böyük Britaniyanın iştirakı ilə İranla xüsusi maliyyə tranzaksiyaları mexanizmi qeydiyyata alınıb.“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Fransanın xarici işlər naziri Jan-İv Le Drian Avropa İttifaqının XİN rəhbərlərinin Buxarestdə keçirilən görüşündə deyib.”Fransada Avropa İttifaqının iki başqa dövləti – Almaniya və Böyük Britaniyanın iştirakı ilə xüsusi tranzaksiya mexanizmi qeydiyyata alınıb. Bu alət İran tərəfindən nüvə sazişinin icrasına dəstək göstərməyə yönəlib”, – deyə o bildirib.  
mənbə : 
Report.az