İçeriğe geçmek için "Enter"a basın

İspaniya Venesuelanın keçmiş nazir müavinini ABŞ-a təhvil verəcək

31-01-2019

[r32]

31 Yanvar, 2019  20:37 xeber – İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib.“Report” TASS-a istinadən xəbər verir ki, N.Vilyalobos PDVSA dövlət neft şirkətində müqavilə bağlatdırmaq üçün rüşvət verməsi və əldə etdiyi pulların yuyulması ehtimalı ilə bağlı ədalət məhkəməsi qarşısına çıxarılması üçün ABŞ-a maksimum altı aylıq müddətə ekstradisiya olunacaq.Həmin müddət başa çatdıqda sabiq nazir müavini ona qarşı cinayət işlərinin başlandığı İspaniyaya qaytarılmalıdır.Qeyd edək ki, 2004-2006-cı illərdə vəzifədə işləmiş N.Vilyalobos 2017-ci ilin oktyabr ayında İspaniya ərazisində saxlanılıb.

mənbə :
Report.az

İspaniya Venesuelanin kecmis nazir muavinini ABS-a tehvil verecek