[r32]
31 Yanvar, 2019 20:37 xeber – İspaniya Milli Divanı korrupsiyada ittiham olunan Venesuelanın enerji nazirinin sabiq müavini Nervis Vilyalobosun ABŞ-a müvəqqəti təhvil verilməsinə razılıq verib.“Report” TASS-a istinadən xəbər verir ki, N.Vilyalobos PDVSA dövlət neft şirkətində müqavilə bağlatdırmaq üçün rüşvət verməsi və əldə etdiyi pulların yuyulması ehtimalı ilə bağlı ədalət məhkəməsi qarşısına çıxarılması üçün ABŞ-a maksimum altı aylıq müddətə ekstradisiya olunacaq.Həmin müddət başa çatdıqda sabiq nazir müavini ona qarşı cinayət işlərinin başlandığı İspaniyaya qaytarılmalıdır.Qeyd edək ki, 2004-2006-cı illərdə vəzifədə işləmiş N.Vilyalobos 2017-ci ilin oktyabr ayında İspaniya ərazisində saxlanılıb.
mənbə :
Report.az