İçeriğe geçmek için "Enter"a basın

'Mançester Siti' 19 yaşlı futbolçu ilə müqavilə imzalayıb

31-01-2019

[r32]

31 Yanvar, 2019  20:30 xeber –  İngiltərənin “Mançester Siti” klubu Xorvatiyanın “Hayduk” komandasının futbolçusu Ante Palaversa ilə müqavilə imzalayıb.”Report” Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə olan sözləşmə 2022-ci ilin yayına kimi nəzərdə tutulub. Gənc oyunçu qarşıdakı 1.5 il müddətində icarə əsasında “Hayduk”da çıxış edəcək. Lakin “Mançester Siti” futbolçusunu 2020-ci ilin yanvarında komandaya qaytara bilər. Qeyd edək ki, Ante Palaversa “Hayduk”un yetirməsidir. O, bu mövsüm komandanın heyətində 17 oyunda meydanda olub və iki qol vurub. 

mənbə :
Report.az

‘Mancester Siti’ 19 yasli futbolcu ile muqavile imzalayib