Zəhərlənənlər bir otaqda yaşayıblar və qohumdurlar Gürcüstan paytaxtı Tbilisidə mənzillərdən birində qaz sızması baş verib. Sputnik Gürcüstan xəbər verir ki, Ketevan Tsamebuli prospektində yerləşən binalarından birində baş verən qaz sızması nəticəsində 7 nəfər ölüb.
Faktı Gürcüstan DİN də təsdiqləyib. Zəhərlənənlər bir otaqda yaşayıblar və qohumdurlar.
Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalıblar və tikintidə işləyiblər.
Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.</p [r32]
2019-01-31T19:43 xeber – /strong
mənbə :
Sputnik