İçeriğe geçmek için "Enter"a basın

Putin Ərdoğanı "duelə" çağırdı - FOTO

31-07-2015

18:52 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin payızda görüşəcəklər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, dövlət başçılarının görüşü “Türk Axını” qaz boru xətti layihəsi ilə bağlı müzakirə aparmaqdır.

Rusiya təbii qazını Qara dənizin dibi ilə Avropaya çatdıracaq bu layihə keçən ilin dekabrında elan olunsa da, lakin tikinti işlərinə hələ başlanılmayıb. Layihənin çatışmayan cəhətləri neçə aydır aradan qaldırılmayıb. Digər tərəfdən, Rusiya hökuməti bu gün açıqlayıb ki, 2015-ci il fevralın 27-də Türkiyəyə yüzdə 10.25 faiz endirimlə təbii qazın verilməsi barədə sənəd hələ imzalanmayıb.


Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Ümumiyyətlə, Rusiya Ukraynanı “oyundankənar” vəziyyətdə saxlayaraq Avropaya Türkiyə vasitəsilə təbii qaz daşımaq üçün planlaşdırdığı “Türk Axını” layihəsinə böyük önəm verməyə başlayıb. Bura Yunanıstanın da daxil olması gözlənilir.

Rusiyanın enerji naziri Aleksandr Novak “Türk Axını” mövzusunda danışıqların davam etdiyini söyləyib: “Rusiya və Türkiyə arasında hökumətlərarası saziş imzalanmadan layihənin inşasına başlanılmayacaq.”

“Qazprom” isə BOTAŞ ilə təbii qazın qiymətinin salınması ilə bağlı açıqlama verib: “BOTAŞ-a yüzdə 10.25 faizlik endirim olunacaq, amma sənəd hələ imzalanmayıb.”


Aleksandr Novak- Rusiyanın enerji naziri

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iyulun 14-də Türkiyənin layihədə yalnız tranzit ölkə deyil, eyni zamanda enerji mərkəzi olmasına isti baxdıqlarını ifadə etmişdi: “Rusiya Federasiyası bizə fərqli bir təklif vermişdi. Bu layihə hər iki ölkənin ortaq maraqlarını təmin edir.”

Rusiya “Türk Axını” layihəsi ildə 63 milyard kubmetr qazı Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə nəqlini nəzərdə tutur. Qaz kəməri 4 xətdən ibarət olacaq və Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr qaz nəql edəcək.

Bu arada Rusiyanın “Qazprom” şirkəti Trans-Balkan qaz kəmərini “Türk Axını” ilə əvəz etməyə hazırlaşır. 2015-ci il il yanvarın 1-dən iyulun 25-dək olan müddətdə Trans-Balkan qaz kəməri ilə Türkiyəyə qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalıb. İyulda tədarükün həcmi 35% enib.


“Türk Axını” layihəsi

mənbə :
anspress

Putin Ərdoğanı “duele” çağırdı – FOTO