İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev isveçrəli həmkarını təbrik edib

31-07-2015


31.07.2015 / 18:36 xeber –

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti  Simonetta Sommaruqanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Lent.az-ın AzərTAc- a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli xanım prezident, ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

mənbə :
lent.az

Prezident İlham Əliyev isveçreli hemkarını tebrik edib