İçeriğe geçmek için "Enter"a basın

İrandan narkotik gətirənlərə 19 İL HƏBS

31-07-2015


31.07.2015 / 18:20 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən Saleh Nəcəfov və Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Seymur Abbasov 10 il, Saleh Nəcəfov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd edək ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu bir kisədə 895,0 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanıb.  Daha sonra isə həmin şəxslərin Bakı dairəvi yolunun “Sədərək” Ticarət Mərkəzinin yaxınlığındakı dərəyə atdıqları 2 kisədə 1 kiloqram 465 qram qurudulmuş marixuana və 1 sellofan kəsiyində 82,337 qram heroin narkotik vasitələri aşkar edilərək götürülüb. 

mənbə :
lent.az

İrandan narkotik getirenlere 19 İL HƏBS