İçeriğe geçmek için "Enter"a basın

Dünyanın ikiyə böldüyü ölkə: Vətəndaş müharibəsinin addım səsləri eşidilir

30-01-2019

Dünyanın müxtəlif ölkələrində “Venesuela prezidenti kimdir” sualı verildikdə, olduğunuz ölkəyə görə müxtəlif cavablar ala bilərsiniz Dünyada olduqca gözlənilməz vəziyyət yaranıb. Buna səbəb isə Venesuelada baş verən siyasi böhrandır. Belə ki, yanvarın 11-də Milli Assambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan edir və o, yanvarın 23-də Karakasın Çakao rayonunda nümayişçilər qarşısında and içərək müvəqqəti olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb.

Bundan sonra vəziyyət daha gərginləşib. Belə ki, Birləşmiş Ştatlar, Argentina, Braziliya, Gürcüstan, Ekvador, Avropa İttifaqına üzv olan bəzi ölkələr və Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıyıb, Rusiya, Çin, Türkiyə, Meksika və Kuba isə əksinə, Nikolas Maduronu Venesuela prezidenti kimi qəbul etməkdə davam edir.

Ölkə hərbçiləri isə Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiklərini bəyan ediblər.

Ona görə də hazırda dünyanın müxtəlif ölkələrində “Venesuela prezidenti kimdir” sualı verildikdə olduğunuz ölkəyə görə müxtəlif cavablar ala bilərsiniz.

Sputnik Azərbaycan məsələ ətrafında amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teysin fikirlərini öyrənib.

Piter Teys xatırladıb ki, Venesuela Bolivar Respublikasında artıq iki ildən çoxdur dərin siyasi böhran yaşanır, ölkə son 30 ildə Cənubi Amerika regionunda indiyə qədər görülməyən faciəli iqtisadi problemlər və çətin sosial problemlərlə qarşılaşıb: “Bu gün Venesueladan qaynaqlanan miqrasiya böhranı demək olar ki, Cənubi Amerikanın bütün ölkələrinə təsir edir. Venesueladan olan 3 milyondan çox qaçqın daha yaxşı yaşam şəraiti üçün ölkəni tərk edib və Kolumbiya, Braziliya, Paraqvay, Peru və Çiliyə köçüb. Prezident Nikolas Maduro özünü Venesuelanın yoxsul əhalisinin hamisi kimi göstərir. Lakin onun həmvətənliləri mağazalarda istehlak mallarının olmaması və Venesuelanı yoxsulluq səviyyəsinə gətirən və siyasi böhrana səbəb olan dördrəqəmli hiperinfelyasiyadan əziyyət çəkdiyi bir vaxtda Maduro özü bahalı və dəbdəbəli həyat tərzi sürür”.

Amerikalı professor qeyd edib ki, cənab Maduro və onun yaxın tərəfdarları Kolumbiya ilə sərhəddə hərbi təxribatlar törədir. Rəsmi Karakas Latın Amerikasında olan 12 ölkə ilə diplomatik böhran yaşayır. Bu ölkələr 2017-ci ildə Venesuelada böhranı aradan qaldırmaq üçün Perunun təşəbbüsü ilə “Lima Qrupu” təşkil ediblər.

Teysin sözlərinə görə, Nikolas Maduronun rəhbəri olduğu Venesuela Bolivar Respublikası vətəndaş müharibəsinin astanasındadır: “Təkcə ötən həftə Karakas küçələrində dinc aksiya keçirən etirazçılardan 30-dan çoxu qətlə yetirilib, 400-dən çox etirazçı yaralanıb. Cənab Maduro düşünür ki, özünü Venesuelanın müvəqqəti prezidenti elan edən cənab Xuan Quaydo ölkə konstitusiyasını pozur və onun əsas iki dəstəkçisi olan Avropa İttifaqı və ABŞ-a qarşıdır”.

Professor Maduronun özünün hələ xarici işlər naziri olduğu vaxtda başqa ölkələrin daxili işlərinə qarışdığını da xatırladıb: “Cənab Maduro Birləşmiş Ştatlar prezidenti Donald Trampı Venesuelanın daxili işlərinə qarışmaqda ittiham edir. Lakin Maduro unudur ki, özü xarici işlər naziri olduğu vaxtda – 2012-ci ildə şəxsən Paraqvayın paytaxtı Asunsona gedərək, ölkə generallarından Milli Konqresin rəhbərliyi və Paraqvay prezidenti Fernando Luqo Mendesə qarşı siyasi çevrilişin qarşısını almağa dair çağırışlar edib. Bu ssenaridə Maduro birbaşa iştirak edib. Belə ki, Paraqvayın generalları – Benesio Melqaredco və digərləri Venesuelanın o vaxtı ki prezidenti Uqo Çavesdən aylıq 3000 min dollar dəyərində əmək haqqı alıb. Yalnız Paraqvayın Hərbi Hava Qüvvələrinin rəhbəri general Miqel Xristos Ceykobs Çavesdən əmək haqqı almayıb. Ona görə də Fernando Luqo Mendes Paraqvayın Venesuela ilə diplomatik əlaqələri tamamilə kəsməsinə baxmayaraq hələ də Nikolas Maduronu dəstəkləyir”.

Amerikalı professor bildirib ki, Xuan Quaydo çərşənbə günü də əhalini etirazlar keçirməyə çağırıb. O, ümid edir ki, Venesuela ordusu da onlara qoşulacaq və cənab Maduronun oliqarxlar klubunu tərk edəcək.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar cənab Maduronu devirmək üçün genişmiqyaslı əməliyyat keçirmək niyyətində deyil: “Xüsusi təyinatlarının iştirak ilə kiçik miqyaslı əməliyyatın keçirilməsi sadəcə masa üstündə olan variantlardan biridir”.

Bəzi ölkələrin hələ də Maduronu dəstəkləməsinə toxunan Teys vurğulayıb ki, Rusiya, İran və Çin hökumət və hərbi tərəfdaşlarına verdikləri kreditlərə görə Maduro hökumətini dəstəkləyəcək: “Türkiyənin mövqeyinə gəldikdə isə onun mövqeyinin yaxın gələcəkdə dəyişəcəyinə ümid edirəm”.</p [r32]
2019-01-30T22:00 xeber – /strong
mənbə :
Sputnik

Dunyanin ikiye bolduyu olke: Vetendas muharibesinin addim sesleri esidilir