İçeriğe geçmek için "Enter"a basın

KİV: Xuan Quaydo Braziliyadan humanitar yardım istəyib

30-01-2019

[r32]

30 Yanvar, 2019  21:07 xeber – Venesuela Milli Assambleyasının sədri, özünü müvəqqəti dövlət başçısı elan etmiş müxalifət lideri Xuan Quaydo Braziliya hökumətinə humanitar yardım üçün müraciət edib.“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Jair Bolsonaru cərrahiyyə əməliyyatı keçirdiyinə görə onu müvəqqəti əvəz edən vitse-prezident Hamilton Mourao bildirib.Vitse-prezident həmçinin Karakasda saxlanılan və hələ də sərbəst buraxılmayan iki nəfər çilili jurnalistin aqibətindən narahat olduqlarını da dilə gətirib.Qeyd edək ki, bu yaxınlarda Braziliya hökuməti Lima Qrupunun tərkibində olaraq Xuan Quaydonu Venesuelanın müvəqqəti Prezidenti kimi tanıdıqlarını açıqlamışdı.

mənbə :
Report.az

KİV: Xuan Quaydo Braziliyadan humanitar yardim isteyib