İçeriğe geçmek için "Enter"a basın

Nikolas Maduronun tərəfdarları küçələrə çıxmağa çağırılıb

30-01-2019

[r32]

30 Yanvar, 2019  20:20 xeber – Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.“Report” xəbər verir ki, bu barədə D.Kabelyo “Twitter”dəki səhifəsində yazıb.“Fevralın 2-si “Bolivar inqilabı”nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, – deyə o qeyd edib.

mənbə :
Report.az

Nikolas Maduronun terefdarlari kucelere cixmaga cagirilib