[r32] 
                30 Yanvar, 2019  20:20 xeber –   Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.“Report” xəbər verir ki, bu barədə D.Kabelyo “Twitter”dəki səhifəsində yazıb.“Fevralın 2-si “Bolivar inqilabı”nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, – deyə o qeyd edib.  
mənbə : 
Report.az