[r32] 
                29 Yanvar, 2019  21:58 xeber –   ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.”Report” “MMA Fighting”ə istinadən xəbər verir ki, o, diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.  
mənbə : 
Report.az