Lütvəli Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib  [r32]
 2019-01-29T21:41 xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lütvəli Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, L.Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun sabah 60 yaşı tamam olur.
   
mənbə : 
Sputnik