İçeriğe geçmek için "Enter"a basın

'Milli Korporativ Sosial Məsuliyyət Mükafatı 2018'in təqdimatı olub

29-01-2019

[r32]

29 Yanvar, 2019  20:17 xeber –  Bu gün “Milli Korporativ Sosial Məsuliyyət (KSM) Mükafatı 2018″in təqdimatı olub.”Report” xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev açıb.O, bu mükafatın ilk dəfə təqdim edildiyini və davamlı olaraq belə müsabiqələrin keçiriləcəyini deyib.Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycanda KSM sahəsi formalaşmaqda davam edir: “Prezident sahibkarlara şərait yaradır, sahibkarlar da bu şəraitdən istifadə edərək gəlirlərindən KSM-lərə vəsait ayırmalıdırlar”.Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Birinci yerə “Kapital Bank” ASC, ikinci yerə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC, üçüncü yerə isə “Bakcell” şirkəti layiq görülüb.

mənbə :
Report.az

Milli Korporativ Sosial Mesuliyyet Mukafati 2018’in teqdimati olub