İçeriğe geçmek için "Enter"a basın

Bacısının qeyri-rəsmi yaşadığı şəxsi döyərək öldürənin ibtidai istintaqı yekunlaşıb

29-01-2019

[r32]

29 Yanvar, 2019  19:29 xeber –  Bacısının qeyri-rəsmi yaşadığı şəxsi döyə-döyə öldürməkdə təqsirləndirilən Ələkbər Ağakişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.”Report”un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib.Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.Qeyd edək ki, hadisə ötən il iyunun 28-də Xırdalanda baş verib. Belə ki, şəhər sakini Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla Pərviz Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən evində döyülərək öldürüldüyü müəyyən edilib.Görülmüş tədbirlərlə Ələkbər Ağakişiyev saxlanılıb.

mənbə :
Report.az

Bacisinin qeyri-resmi yasadigi sexsi doyerek oldurenin ibtidai istintaqi yekunlasib