İçeriğe geçmek için "Enter"a basın

İsmayıllıda tələbəni bıçaqla hədələyən gənclərin ibtidai istintaqı başa çatıb

29-01-2019

[r32]

29 Yanvar, 2019  17:29 xeber – İsmayıllı rayonunda quldurluq etməkdə təqsirləndirilən Eldəniz Kaxarmanov və İmran Faxtiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.”Report”un məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Mirzəyevin icraatına verilib.Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, ötən ilin oktyabr ayında İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi 2001-ci il təvəllüdlü Mirzəliyev Amil Ramil oğlu şəhərin mərkəzindəki parkda iki nəfərin hücumuna məruz qalıb. Belə ki, iki nəfər gənc onun üstünə bıçaq çəkərək qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İsmayıllı şəhər sakini, İsmayıllı Peşə Tədris Mərkəzinin tələbəsi, 1996-cı il təvəllüdlü Kaxarmanov Eldəniz Orman oğlu ilə 1996-cı il təvəllüdlü Faxtiyev İmran Rəhim oğlu tutulub. Onlardan hadisə vaxtı istifadə etdikləri soyuq silah götürülüb.

mənbə :
Report.az

İsmayillida telebeni bicaqla hedeleyen genclerin ibtidai istintaqi basa catib