İçeriğe geçmek için "Enter"a basın

Akar: Türkiyə Suriyada hərbi əməliyyat keçirməyə hazırdır

29-01-2019

“Türk ordusunun yeganə hədəfi terrorçulardır”  Türkiyə Silahlı Qüvvələri Suriyada hərbi əməliyyatın hazırlıqlarını başa çatdırıb. Sputnik Azərbaycan “Habertürk“ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar bildirib.

“Bütün hazırlıq işləri başa çatıb. Vaxtı çatanda Menbiçdə və Fərat çayından şərqdə lazımı addımları atacağıq”, – deyə Akar qeyd edib.

Türkiyə müdafiə naziri, həmçinin vurğulayıb ki, Türkiyə ordusu Suriyada ərəb və ya kürdlərlə deyil, terrorçularla mübarizə aparıb: “Türk ordusunun yeganə hədəfi terrorçulardır”.</p [r32]
2019-01-29T17:12 xeber – /strong
mənbə :
Sputnik

Akar: Turkiye Suriyada herbi emeliyyat kecirmeye hazirdir