İçeriğe geçmek için "Enter"a basın

Birinci vitse-prezidentin qəti göstərişi icra olunur

26-01-2019

“Azərenerji”: Birinci vitse-prezidentin göstərişi icraata götürülüb [r32]
2019-01-26T14:04 xeber – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.

Bu barədə Sputnik Azərbaycan-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən məlumat verilib.

Bununla bağlı “Azərenerji” ASC-də xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsi həll ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə dünən “Azərenerji” ASC-yə göstəriş verib

mənbə :
Sputnik

Birinci vitse-prezidentin qeti gosterisi icra olunur