İçeriğe geçmek için "Enter"a basın

“Suriyada əməliyyat üçün kiminsə icazəsinə ehtiyacımız yoxdur”

26-01-2019

Türkiyə lideri söz verib ki, Ankara terrorçularla qətiyyətli mübarizəni davam etdirəcək [r32]
2019-01-26T11:45 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın aylarda Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılacağına söz verib. Bu barədə Sputnik Azərbaycan “NTV”-yə istinadən xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransı zamanı. Berlin,
“Biz gözləyirik ki, təhlükəsizlik zonası yaxın aylarda yaradılacaq. Biz bu və ya digər formada təhlükəsizlik zonasını yaradacağıq. Biz öz tərəfdaşlarımızdan bu məsələdə məntiqi dəstək gözləyirik” – deyə Ərdoğan Ərzurumda çıxışı zamanı bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriya ərazisində əməliyyat keçirmək üçün heç kimin icazəsi lazım deyil. Onun sözlərinə görə, bu barədə Ankaranın 1998-ci ildə Adanada Suriya ilə bağlı müqavilə əsasında hüququ var.

Türkiyə lideri söz verib ki, Ankara terrorçularla qətiyyətli mübarizəni davam etdirecek.

mənbə :
Sputnik

“Suriyada emeliyyat ucun kiminse icazesine ehtiyacimiz yoxdur”