İçeriğe geçmek için "Enter"a basın

Paşinyan Əliyevlə görüşdən əvvəl kiminlə telefonla danışıb?

25-01-2019

Baş nazir ölkənin birinci prezidenti ilə məsləhətləşib [r32]
2019-01-25T11:23 xeber – Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanla görüşüb. Bu barədə Sputnik Ermənistan “Past” nəşrinə istinadən xəbər verir.

İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Nəşr yazır ki, hər iki ölkənin lideri Davosda təsadüfən görüşməyib. Onların görüşü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Endrü Sxoferin (ABŞ) vasitəçiliyi ilə Fransanın paytaxtı Paris şəhərində baş tutan görüş zamanı müzakirə olunub və planlaşdırılıb.

Məqalədə qeyd olunur ki, Paşinyan Əliyevlə görüşdən öncə məsləhətləşmək üçün Ermənistanın birinci prezidenti ilə telefonla danışıb.

Diqqətə çatdıraq ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qeyri-rəsmi görüş keçirib.


mənbə :
Sputnik

Pasinyan Eliyevle gorusden evvel kiminle telefonla danisib?