[r32]
24 Yanvar, 2019 19:09 xeber – Avropa Komissiyası (AK) Almaniya və Böyük Britaniya barəsində Avropa Ədliyyə Məhkəməsində iddia qaldırmaq qərarına gəlib.“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb həmin dövlətlərin Avropa İttifaqının (Aİ) vergi qaydalarını pozmasıdır.“Komissiya ƏDV təyini barədə qərara bəzi xammal növlərinin ƏDV-dən azad olunmasını nəzərdə tutan düzəlişlər etdiklərinə görə Birləşmiş Krallığa qarşı Aİ məhkəməsində iddia qaldırmaq qərarına gəlib”, – AK-nın məlumatında göstərilir.“1977-ci ildə Böyük Britaniya bəzi xammal bazarları üçün ƏDV-ni sıfır dərəcəsi üzrə almaq icazəsi əldə etmişdi, lakin o vaxtdan həmin tədbirin əhatə dairəsini qanunsuz olaraq genişləndirib. Xammal bazarlarının sayının artırılması rəqabət qaydalarını pozmaq deməkdir və Aİ-nin başqa maliyyə bazarlarına ziyan vurur”, – məlumatda qeyd olunur.AK həmçinin Aİ-nin başqa üzv ölkələrindəki müəssisələr üçün ƏDV-nin qaytarılmasına dair bəzi tələbləri yerinə yetirmədiyinə görə Almaniyaya qarşı da iddia qaldıracaq. Belə ki, Almaniya hökuməti bəzi hallarda ərizəçilərə mal və xidmətlər haqqındakı məlumatları öncədən əskik hesab etdikləri üçün tələb etməyərək əlavə dəyər vergisini qaytarmağı rədd edirdi.
mənbə :
Report.az