İçeriğe geçmek için "Enter"a basın

'Keşlə' yoxlama oyununda Qazaxıstan komandasına məğlub olub

23-01-2019

[r32]

23 Yanvar, 2019  19:02 xeber – “>REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” komandası bu gün üçüncü yoxlama matçını keçirib.”Report”un məlumatına görə, rəqib Qazaxıstan “Atırau”su olub. “Starlight Resort Hotel”in futbol meydanında təşkil olunmuş qarşılaşma “Keşlə”nin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk yarıda tərəflər hərəyə 1 dəfə fərqlənsələr də, fasilədən sonra Qazaxıstan təmsilçisi daha 2 qol vurub. “Atırau” Qazaxıstan Premyer Liqasını 33 oyundan 36 xalla 9-cu pillədə başa vurub. Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən “Keşlə” Serbiyanın “Dinamo” (Vranye) komandasına uduzub – 0:2.

mənbə :
Report.az

‘Kesle’ yoxlama oyununda Qazaxistan komandasina meglub olub