İçeriğe geçmek için "Enter"a basın

Bakıda ticarət mərkəzində gecələyən qadın sığınacağa göndərildi

23-01-2019

Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq 1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O qeyd edib ki, nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb.

Dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər. O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq.</p [r32]
2019-01-23T00:18 xeber – /strong
mənbə :
Sputnik

Bakida ticaret merkezinde geceleyen qadin siginacaga gonderildi