İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Prezidenti meksikalı həmkarına başsağlığı verib

21-01-2019

[r32]

21 Yanvar, 2019  19:10 xeber –  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı məktubu göndərib.”Report”un xəbərinə görə, məktubda dövlətimizin başçısı İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Andres Manuel Lopes Obradora, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

mənbə :
Report.az

Azerbaycan Prezidenti meksikali hemkarina bassagligi verib