İçeriğe geçmek için "Enter"a basın

“Azər Türk Bank”ın xalis mənfəəti kəskin azalıb

21-01-2019

[r32]

21 Yanvar, 2019  18:05 xeber – “Azər Türk Bank” ASC-nin aktivləri ötən il 9,9% artaraq bu il yanvarın 1-nə 368 307 min manat təşkil edib.“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabat dövründə “Azər-Türk Bank”ın kredit portfeli 38,4% artaraq 165 620 min manata yüksəlib.İl ərzində Bankın cəmi öhdəlikləri illik 12,2% artaraq 314 839 min manat, o cümlədən müştəri hesabları 8,2% azalaraq 200 325 min manat olub. Ötən ilin sonuna Bankın nizamnamə kapitalı 50 000 min manat, cəmi kapitalı isə 53 468 min manat təşkil edib. 2018-ci ildə “Azər-Türk Bank” 110 min manat mənfəət vergisi ödəyib və ili 169 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2017-ci ildən 1 144 min manat xalis mənfəətlə çıxmışdı. 

mənbə :
Report.az

“Azer Turk Bank”in xalis menfeeti keskin azalib