İçeriğe geçmek için "Enter"a basın

Bakıda pula görə tanışını öldürən keçmiş məhkuma hökm oxunub

21-01-2019

[r32]

21 Yanvar, 2019  17:08 xeber – Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəqətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.”Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə K.Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib.Bakı şəhər sakini K.Əsgərov münaqişə zəninində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib.Hadisəyə səbəb isə üstündə mübahisə olub.Belə ki, K.Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra V.Cəfərov İsrafilə veriləsi olan 100 manatın ona çatacağını deyib. Lakin K.Əsgərov bununla razılaşmayaraq, pulu İsrafilə qaytaracağını bildirib.Daha sonra V.Cəfərov K.Əsgərovun ünvanı söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Nəticədə K.Səfərov üzərində gəzdirdiyi bıçaqla V.Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.K.Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ittiham irəli sürülüb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

mənbə :
Report.az

Bakida pula gore tanisini olduren kecmis mehkuma hokm oxunub