[r32]
21 Yanvar, 2019 16:16 xeber – Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi postundan ayrılan Famil Xəlilov “Qəbələ” klubuna dönüb.“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis yenidən “Qəbələ”nin U-19 komandasına rəhbərlik edəcək. 2017/2018 mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan Xəlilov ötən ilin avqustunda U-19-dan ayrılaraq, Azərbaycan millisində işə başlamışdı.Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib. Qeyd edək ki, İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisində məşqçi kimi davam etdirəcək.
mənbə :
Report.az