İçeriğe geçmek için "Enter"a basın

Politoloq: “Rusiyanın iradəsi Qarabağ münaqişəsini ölü nöqtədən çıxaracaq”

21-01-2019

Politoloq İlqar Vəlizadə deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın müsbət rolu ola bilər [r32]
2019-01-21T15:10 xeber – İlqar Vəlizadə: “Münasibətlərimiz problemli məsələlərin həllinə müsbət təsir göstərəcək”

“Azərbaycanla Rusiya arasındakı münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir”. Bunu dünən keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, iki ölkənin münasibətləri hər zaman yüksək səviyyədə olub və inkişaf edib:

“İki ölkə bütün sahələrdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıqlar nəticəsində hər iki tərəf mənfəət qazanır. Münasibətlər bərabər hüquqlar əsasında qurulur. Bu cür münasibət problemli məsələlərin həllinə də müsbət təsir göstərəcək. Hazırki şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın müsbət rolu ola bilər. Biz düşünürük ki, Rusiya münaqişənin həlli istiqamətində iradəsini bundan sonra daha açıq və qabarıq şəkildə ortaya qoyacaq. Bunun nəticəsi olaraq da münaqişə ölü nöqtəsindən çıxacaq”.


mənbə :
Sputnik

Politoloq: “Rusiyanin iradesi Qarabag munaqisesini ölu noqteden cixaracaq”